Tədris Edilən Ixtisaslar
3 əsas istiqamətdə peşəkar kadrlar hazırlayırıq
Şəbəkə İnzibatçısı
Şəbəkənin qurulması, konfiqurasiyası və idarə olunması...
Sistem İnzibatçısı
Serverlərin qurulması, idarə olunması və təhlükəsizliyi...
Helpdesk
İstifadəçilərə texniki dəstək və problem həlli...
Biz Kimik?
Mən Ceyhun Şərəfxanov, 8 ildən artıqdır ki, İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssis və təlimçiyəm. İndiyə qədərki yolçuluğum sadə Helpdesk rollarından başlayaraq, mürəkkəb şəbəkə infrastrukturunun idarə edilməsi və Lead Network Administrator vəzifəsinə qədər uzanmışdır. Son 2 ildir ki, peşəkar fəaliyyətimlə yanaşı, həm də təlimçi kimi gənc İT mütəxəssislərinin yetişdirilməsi ilə məşğulam. JayhunTech platformasını yaratmaqda əsas məqsədim, illər ərzində qazandığım real iş təcrübəsini akademik biliklərlə sintez edərək tələbələrə ötürməkdir.